Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.16.2025 | 12:21 | Baxılıb: 2578
BMT-nin İnsan Hüquqları Şurası tərəfindən yaradılan Komissiya İsrail Müdafiə ordusunun Qəzza zolağına hücumlarını “soyqırımı kimi tanıyıb. 

“gece.ws” xəbər verir ki, bu barədə məlumatı “CNN” yayıb. 

“Komissiya tərəfindən bu gün nəşr edilən 72 səhifəlik araşdırmada İsrailin 2023-cü il oktyabrın 7-dən anklavda 4 soyqırımı aktı törətdiyi müəyyən edilib”, - məlumatda qeyd olunub. 

İsrail Xarici İşlər Nazirliyi isə öz növbəsində BMT-nin sözügedən hesabatına münasibət bildirib. 

Qeyd olunub ki, hesabatda yer alan bütün məlumatlar HƏMAS hərəkatının yalanlarına əsaslanıb.

Onu da bildirək ki, BMT-nin Fələstin üzrə Beynəlxalq Komissiyası İnsan Hüquqları Şurası tərəfindən 2021-ci ildə yaradılıb. Komissiyanın yaradılmasında məqsəd beynəlxalq humanitar hüququn pozulması hallarını araşdırmaq olub. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.