Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.23.2026 | 18:24 | Baxılıb: 4070
Qırğızıstanın daxili işlər naziri Ulan Niyazbekov ictimai yerdə siqaret çəkdiyinə görə cərimələnib.

“gece.ws” xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb. 

“Instagram” sosial şəbəkəsində Niyazbekovun Bişkekdəki Toktobolot Abdumomunov adına Dram Teatrının yaxınlığında siqaret çəkdiyini əks etdirən görüntü yayımlanıb. Hadisənin Ramazan bayramı (“Uraza bayramı”) namazı zamanı baş verdiyi bildirilir.

Nazirliyin dərc etdiyi protokola əsasən, qayda pozuntusuna görə nazir 3000 som (təxminən 59 AZN) cərimə ödəyib. 

Qeyd edək ki, 2024-cü ildən başlayaraq Qırğızıstanda icazə verilən ərazilərdən kənarda siqaret çəkməyə görə cərimə 1000 somdan (19.44 AZN) 3000 soma 59 AZN) qədər artırılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.