Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qırmızı vərəqə ilə Türkiyə futbolunun tarixinə düşdü
 
						Qırmızı vərəqə ilə Türkiyə futbolunun tarixinə düşdü
Əlavə olunub: 04.08.2025 | 06:32 | Baxılıb: 5500
Xəbər verdiyimiz kimi, Türkiyə Super Liqasının 30-cu turunda “Beşiktaş” “Kasımpaşa”a ilə heç heçə (1:1) edib.

“gece.ws” “A Spor”a istinadən xəbər verir ki, “qara qartallar”ın futbolçusu Tayyip Talha Sanuç 16-cı dəqiqədə Emirhan Topçunu əvəzlədiyi bu oyunda Super Liqa tarixində ilkə imza atıb.

Belə ki, o, turnir tarixində oyuna girdikdən sonra ilk hissə bitmədən, 42-ci dəqiqədə qırmızı vərəqə alan ilk “Beşiktaş”lı futbolçu olub.

Bundan əvvəl də Talha “Beşiktaş”ın “Göztəpə”yə 3:1 hesabı ilə uduzduğu oyunda qırmızı vərəqə alaraq komandasını azlıqda qoymuşdu.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.