Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.23.2025 | 01:20 | Baxılıb: 7730
“Qızıl top” mükafatının qalibi bəlli olub.

“gece.ws” xəbər verir ki, 2024/25 mövsümündə mükafatın qalibi PSJ-nin və Fransa millisinin üzvü Usman Dembele olub. 

“Barselona”nın və İspaniya millisinin vingeri Yamin Lamal ikinci yeri tutub.

2024/25 mövsümündə Dembele PSJ ilə birgə 5 mükafat qazanıb. O, Fransa çempionatının, ölkə kubokunun, Superkubokunun, Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub. 

Fransız futbolçu ötən mövsüm 53 oyunda 35 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub. 



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.