
“gece.ws” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçilər ilə görüşü zamanı bildirib.
“Qızlar arasında medalçılar daha çox ola bilərdi, amma kiminsə bəxti gətirmədi. Ola bilər ki, hər hansı səhvlər də oldu, lakin bu mühümdür, çünki həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə bütün istiqamətlər Azərbaycanda uğurla inkişaf edir.
Milli komandada belə yaxşı ab-havanın, ruh yüksəkliyinin olmasına çox şadam, hamı vahid ailə kimi bir-birinin uğuruna, qələbəsinə sevinir və bu, çox qiymətlidir”, - dövlət başçısı əlavə edib.