
“gece.ws” xəbər verir ki, görüşün sonlarına doğru millimizin lideri sayılan Brianna Freyser zədələnərək oyunu tərk edib və əlavə vaxtın yekununda millimiz rəqibinə 18:19 hesabı ilə məğlub olub.
Qızlarımız 3-cü yer uğrunda görüşdə Niderland yığması ilə qarşılaşıb.
Brianna Freyserin iştirak etmədiyi görüşdə millimiz oyunu 3 basketbolçu ilə davam etdirmək məcburiyyətində qalıb və yekunda rəqibinə 14:21 hesabı ilə məğlub olaraq, ilk dəfə iştirak etdiyi Dünya Çempionatını 4-cü pillədə yekunlaşdırıb.