Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.19.2026 | 00:52 | Baxılıb: 1320
“Əfsuslar olsun bu cür məğlubiyyyət oldu. Əlbəttə, belə hesabla uduzmaq istəməzdik”.

“gece.ws” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Nyukasl”a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

O bildirib ki, istənilən oyunda belə nəticələr ola bilər.

“Bu, tam başqa bir səviyyədir. Futbolçularım ilk dəqiqələrdən çox böyük zərbə aldılar. Onlar buraxılan qollardan sonra özlərini ələ ala bilmədilər. Bu qarşıdakı rəqibin də gücünü göstərirdi. Rəqib çox sürətli oynayan bir komandadır və hazırlıqları da yüksək səviyyədə idi. Azarkeşlərimizə təşəkkür etmək istərdim, baxmayaraq ki, böyük hesablı məğlubiyyət oldu, sona qədər komandamızın yanında oldular”, - deyə o əlavə edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.