Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.18.2026 | 15:15 | Baxılıb: 1256
Şimali Koreya lideri Kim Çen In ordunun diviziya və briqada komandirləri ilə görüş keçirib. 

“gece.ws” Şimali Koreyanın KCNA dövlət xəbər agentliyinə istinadən xəbər verir ki, görüş zamanı o, Cənubi Koreya ilə sərhədin müdafiəsinin gücləndirilməsi ilə bağlı göstəriş verib.

Kim Çen In həmçinin ordunun müasir müharibə şəraitinə uyğunlaşdırılması, hərbi texnologiyaların yenilənməsi və döyüş hazırlığının artırılması ilə bağlı tapşırıqlar da verib. 

Şimali Koreya lideri komandirləri daim yüksək döyüş hazırlığında olmağa və ölkənin cənub qonşusu ilə bağlı məlumatlılığı artırmağa çağırıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.