Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.14.2026 | 17:41 | Baxılıb: 1550
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Sülh körpüsü” təşəbbüsü çərçivəsində İrəvana səfər edən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.

“gece.ws” xəbər verir ki, Qriqoryan azərbaycanlı nümayəndələrin səfərini alqışlayaraq, bu formatda təmasların qarşılıqlı etimadın möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb.

O qeyd edib ki, vətəndaş cəmiyyətləri arasındakı dialoq mehriban qonşuluq münasibətlərinin inkişafına mühüm töhfə verir.

Görüş zamanı sülh prosesinin gedişatı, regional kommunikasiyaların blokadadan çıxarılması nəticəsində yaranacaq iqtisadi imkanlar və Ermənistan-Azərbaycan münasibətlərinin cari dinamikası ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, 13-14 fevral tarixlərində keçirilən “Sülh körpüsü” dəyirmi masasında iştirak etmək üçün Azərbaycandan 19 nəfərlik nümayəndə heyəti Ermənistana səfər edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.