Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.22.2026 | 09:28 | Baxılıb: 1614
Quba rayonunda ağır yol qəzası baş verib.

“gece.ws” xəbər verir ki, aprelin 20-si saat 18 radələrində 1983-cü il təvəllüdlü Hüseynov Saməddin Azad oğlunun idarə etdiyi “Chevrolet Cobalt” markalı avtomobil Dəlləkli kəndi ərazisində yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə, sürücü və sərnişinləri - 1980-ci il təvəllüdlü Cəmil Rzayev, 1965-ci il təvəlllüdlü Saleh İbrahimov və 1985-ci təvəllüdlü Vüqar Zərbalıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. V.Zərbəliyev aprelin 21-də müalicə aldığı Quba Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.