Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.16.2026 | 09:45 | Baxılıb: 2001
Qubanın Yuxarı Tüləkəran–Möhüc–Yenikənd avtomobil yolunun Əski İqrığ kəndi ərazisindən keçən hissəsində asfalt örtüyü tamamilə çöküb.

“gece.ws” Shimal.News-a istinadən xəbər verir ki, yolun sözügedən hissəsi hər iki istiqamətdə keçilməz vəziyyətə düşüb və avtomobillərin hərəkəti mümkünsüz olub.

Bildirilib ki, bu, həmin kənd yolunda yaranan yeganə problem deyil. Marşrut boyunca ümumilikdə 7 fərqli ərazidə çökmə baş verib və bu da nəqliyyatın hərəkətini çətinləşdirir.

Sakinlər aidiyyəti qurumların problemi yerində araşdırmasını, yolun qəzalı hissələrində təxirəsalınmaz bərpa işlərinin aparılmasını istəyirlər. Bundan başqa, mövcud vəziyyətin sürücülər və ərazi sakinləri üçün təhlükə yaratdığı vurğulanır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.