
“gece.ws” xəbər verir ki, bayrağın qaldırılması mərasiminin görüntülərini yerli “Jamkaran” agentliyi yayımlayıb.
Bu bayraq daha əvvəl də Cəmkəran məscidinin üzərində qaldırılıb. Belə ki, 2025-ci ilin iyununda baş vermiş 12 günlük İran-İsrail müharibəsi zamanı, həmçinin 2020-ci ildə general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra sözügedən məscidin üzərində “qisas bayrağı” qaldırılıb.
Ölkə ərazisində həmçinin Xameneinin ölümü ilə bağlı qara matəm bayraqları da ucaldılıb.