Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qurban Qurbanov Elvin Cəfərquliyevdən danışdı - “Nəsə problem var”
 
						Qurban Qurbanov Elvin Cəfərquliyevdən danışdı 
							 -  “Nəsə problem var”
Əlavə olunub: 03.29.2025 | 10:14 | Baxılıb: 3191
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın və Azərbaycan yığmasının futbolçusu Elvin Cəfərquliyevdən danışıb. 

“gece.ws” xəbər verir ki, o, “Turan Tovuz”a 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra E.Cəfərquliyevin millinin heyətində Haitiyə qarşı (0:3) keçirilən matçda meydandan qovulmasına münasibət bildirib.

Q.Qurbanov müdafiəçinin qırmızı vərəqələr almasına bu cür şərh verib: “Nə siz bilirsiniz, nə mən bilirəm. İstəməyərək alınan qırmızı vərəqələrdir. Amma həmişə bunlar bir oyunçunun başına gəlirsə, deməli, nəsə problem var. Daha diqqətli olmalıdır”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.