Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qurban Qurbanov əsəbiləşdi, planşetə təpik vurdu - Video
 
						Qurban Qurbanov əsəbiləşdi, planşetə təpik vurdu 
							 - Video
Əlavə olunub: 04.02.2025 | 17:36 | Baxılıb: 9160
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 finalında “Araz-Naxçıvan”a qarşı keçirilən matçda qapılarına təyin edilən penaltiyə əsəbiləşib.

“gece.ws” xəbər verir ki, o, matçın 27-ci dəqiqəsində verilən 11 metrlik cərimə zərbəsinə etiraz edib. 

Q.Qurbanov əvvəlcə əlində planşetlə 4-cü hakimə epizodu göstərərək etirazını bildirib. Daha sonra isə o, planşetə təpik vuraraq onu sındırıb. 

Qeyd edək ki, “Qarabağ” və “Araz-Naxçıvan” arasında Azərbaycan Premyer Liqasının 26-cı turunda baş tutan görüş də qalmaqalla yadda qalmışdı. Həmin matçda futbolçular arasında dava düşmüşdü.

Hazırda davam edən matçda hesab 1:0 “Araz-Naxçıvan”ın xeyrinədir. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.