
“gece.ws” xəbər verir ki, matçda “Qarabağ”ın futbolçusu Kamilo Durana qarşı qayda pozuntusu olduğu ilə bağlı narazılıqlar var idi.
Belə ki, həmin oyundan sonra Qurban Qurbanov da hakimlərin VAR-a baxdığı və penalti təyin etmədiyi epizodla bağlı danışmışdı. O, bu epizodun 11 metrlik cərimə zərbəsi olduğunu bildirmişdi.
AFFA Hakimlər Komitəsi isə həmin epizodda hakimlərin niyə penalti təyin etmədikləri ilə bağlı danışıqlarını yayıb.