
“gece.ws” xəbər verir ki, onlar “Sərhədçi” idman kompleksinə yollanaraq, aşağı yaş qruplarının oyununa tribunadan baxıblar.
Xatırladaq ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov nizam-intizam qaydalarına görə, ötən gün əvəzedici heyətə göndərilmişdilər. Onların yoxluğu bu gün Misli Premyer Liqasının 28-ci turunda özünü büruzə verib. “Köhlən atlar” öz meydanında “Sabah”a 0:1 hesabı ilə məğlub olaraq azarkeşlərini məyus edib.