Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.01.2026 | 14:55 | Baxılıb: 6279
“Qarabağ”ın futbolçusu Sami Mmae komandanın düşərgəsini tərk edib.

“gece.ws"in əldə etdiyi məlumata görə, o, ölkəsinə yollanıb.

Belə ki, belçikalı forvard şəxsi işləri ilə əlaqədar baş məşqçi Qurban Qurbanovdan icazə alıb.

S.Mmae yenidən Azərbaycana qayıdacaq. Lakin onun Ağdam klubunun heyətində meydana çıxıb-çıxmayacağı bəlli deyil.

Qeyd edək ki, Mmae Çempionlar Liqasında “Nyukasl”a (1:6) qarşı keçirilən matçdan sonra Qurban Qurbanov tərəfindən intizam qaydalarını pozduğuna görə əvəzedici heyətə göndərilmişdi.

Xatırladaq ki, belçikalı müdafiəçi “Qarabağ”da icarə əsasında çıxış edir. O, mövsümün sonunda məxsus olduğu Zaqre “Dinamo”suna geri dönəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.