Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.18.2025 | 16:19 | Baxılıb: 1360
Qusarda yol-nəqliyyat hadisəsi baş verib.

“gece.ws"in məlumatına görə, hadisə Qusar-Şahdağ avtomobil yolunda qeydə alınıb.

Belə ki, “Renault” markalı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirərək su kanalına aşıb.

Nəticədə Ağdam rayon sakini, 1992-ci il təvəllüdlü E. Əsgərov, Biləsuvar rayon sakini, 1996-cı il təvəllüdlü A. Cəfərzadə, Ucar rayon sakini, 2004-cü il təvəllüdlü R. Hüseynov, Bərdə rayon sakini, 1994-cü il təvəllüdlü N. Məmmədov və Qusar rayon sakini, 1994-cü il təvəllüdlü N. Səlimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.