Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.10.2025 | 10:04 | Baxılıb: 2287
Hacıqabulda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“gece.ws” xəbər verir ki, dünən saat 00:15 radələrində rayonun İkinci Udulu kənd sakini 1970-ci il təvəllüdlü Yusif Əli oğlu Ağayevi yaşadığı evin həyətində elektrik cərəyanı vurub.

Belə ki, 55 yaşlı kişi həyətdəki artezian quyusundan su götürmək istəyərkən su nasosuna qoşulmuş və gərginlik altında olan elektrik naqilinin izolyasiyasız hissəsinə toxunub. Nəticədə o, cərəyan vurmasından hadisə yerində ölüb.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.