Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.18.2026 | 15:29 | Baxılıb: 7781
Azərbaycanda çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edilib.

“gece.ws"in əldə etdiyi məlumata görə, Saatlı rayonunun Dədə Qorqud kəndində çobanlıq edən Nahid Təhməzov fermer Kamal Kərimova məxsus 2 mindən çox xırdabuynuzlu heyvanı xəlvət sataraq pulunu şəxsi ehtiyaclarına xərcləyib.

Çobanın bu cinayəti nəticəsində fermerə 700 min manatdan çox ziyan dəyib. Ziyanın məbləği qoyun, quzu və keçilərin çəkisi və ətin bazar qiyməti nəzərə alınmaqla hesablanıb.

Sahibkarın prokurorluğa şikayətindən sonra Nahid həbs edilib. Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Çobanın təqsiri sübuta yetirilərsə, onu 10 ildən 14 ilədək həbs gözləyir.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.