Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.15.2026 | 10:25 | Baxılıb: 3316
Paytaxtın Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən “Rahat” marketdən 400 manatlıq yağ oğurlanıb.

“gece.ws” xəbər verir ki, kamera görüntüləri və digər sübutlar əsasında oğurluğu törətmiş 1989-cu il təvəllüdlü S.İsmayılov (şərti) polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsinə əsasən protokol tərtib edilərək Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə S.İsmayılov hadisə vaxtı sərxoş olduğunu, törətdiyi əməlin mahiyyətini dərk etmədiyini bildirib.

Marketin müdiri isə dəymiş zərərin ödənildiyini və şikayətçi olmadıqlarını qeyd edib.

Bunu nəzərə alan məhkəmə icraata xitam verib və 37 yaşlı kişi inzibati məsuliyyətdən azad edilib.

Aslan Vəliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.