Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.29.2026 | 13:58 | Baxılıb: 1264
“Qarabağ”dan ayrılan Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev karyerasını yenidən Rusiyada davam etdirə bilər.

“gece.ws” “Sport-Express” nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu ilə Mahaçqala “Dinamo”su maraqlanır. 

Rusiya klubu hazırda forvardla danışıq aparır.

Qeyd edək ki, Rusiyanın “Zenit” klubunun yetirməsi olan Ramil Şeydayev daha əvvəl həmin ölkədə “Rubin”, “Krılya Sovetov” və Moskva “Dinamo”sunun da formasını geyinib. Futbolçu Türkiyə, Slovakiya və Tailandda da legioner həyatı yaşayıb. O, həmçinin “Sabah” və “Neftçi”də çıxış edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.