Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.03.2025 | 11:55 | Baxılıb: 9156
AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının sabiq əməkdaşı Əmirov Eldar Qurban oğlu məkhəmənin qərarı ilə Ramiz Mehdiyev işinə görə dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə həbs edilib.

“gece.ws"in əldə etdiyi məlumata görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə Eldar Əmirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, E.Əmirov R.Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt Administrasiyanın əməkdaşı olub, daha sonra son vaxtlara kimi onun köməkçisi qismində fəaliyyət göstərib.

Qeyd edək ki, bu barədə ilk məlumatı Manset.az saytı yayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.