Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.09.2026 | 09:54 | Baxılıb: 684
UEFA Konfrans Liqasında bu gün 1/4 final mərhələsinin ilk qarşılaşmaları baş tutacaq.

“gece.ws” xəbər verir ki, İspaniyanın “Rayo Valyekano” komandası Yunanıstan təmsilçisi AEK-i qəbul edəcək.

Ukraynanın “Şaxtyor” kollektivi Niderlandın AZ klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. İngiltərənin “Kristal Pelas” komandası İtaliya təmsilçisi “Fiorentina”nı sınağa çəkəcək.

Almaniyanın “Maynts 05” klubu isə Fransanın “Strasburq” kollektivi ilə qarşılaşacaq. Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 16-da keçiriləcək.

UEFA Konfrans Liqası

1/4 final mərhələsi, ilk oyunlar

9 aprel

20:45. “Rayo Valyekano” (İspaniya) – AEK (Yunanıstan);

23:00. “Şaxtyor” (Ukrayna) – AZ (Alkmaar, Niderland);

23:00. “Kristal Pelas” (İngiltərə) – “Fiorentina” (İtaliya);

23:00. “Maynts 05” (Almaniya) – “Strasburq” (Fransa).

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.