Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.08.2026 | 19:45 | Baxılıb: 2823
“Real Madrid” klubu Lionel Messinin atası Xorxe Messinin vəfatı ilə bağlı rəsmi bəyanat yayımlayıb.

“gece.ws” xəbər verir ki, İspaniya nəhəngi sosial şəbəkə hesablarında paylaşım edərək Messiyə və ailəsinə dəstək olub:

“Real Madrid”, onun prezidenti və İdarə Heyəti Leo Messinin atası Xorxe Messinin vəfatından dərin kədər duyduğunu bildirir.
Klubumuz Leoya, onun ailəsinə və bütün yaxınlarına dərin hüznlə başsağlığı verir”.

Məlumat üçün bildirək ki, Xorxe Messi uzun illər oğlunun həm də meneceri kimi fəaliyyət göstərib və onun karyerasında böyük rol oynayıb. O 68 yaşında sağalmaz xəstəlikdən sonra vəfat edib.

Bu gönderiyi Instagram'da gör

Real Madrid C.F. (@realmadrid)'in paylaştığı bir gönderi

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.