Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.07.2026 | 02:56 | Baxılıb: 2430
İspaniya La Liqasının 27-ci turunda “Selta Viqo” və “Real Madrid” komandaları arasında keçirilən oyun başa çatıb.

“gece.ws” xəbər verir ki, matç Viqodakı “Abanca Balaídos” stadionunda oynanılıb və 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

“Real Madrid”in yarımmüdafiəçisi Orelyen Tçuameni 11-ci dəqiqədə hesabı açıb. “Selta Viqo"in hücumçusu Borxa İqlesias 25-ci dəqiqədə hesabı bərabərləşdirib. 90+4-cü dəqiqədə yarımmüdafiəçi Federiko Valverde “Real Madrid”in qələbə qolunu vurub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.