Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.15.2026 | 15:00 | Baxılıb: 3179
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən müdafiəçi Mark Kukurellanın transferini rəsmiləşdirib.

“gece.ws” xəbər verir ki, klub 27 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalayıb.

Transferin ümumi dəyərinin bonuslarla birlikdə 51,8 milyon funt-sterlinqə qədər yüksələ biləcəyi bildirilir.

Məlumata görə, “Real Madrid” bu keçid üçün 47,5 milyon funt-sterlinq əsas məbləğ ödəyib, əlavə 4,3 milyon funt-sterlinq isə performansa bağlı bonuslar şəklində nəzərdə tutulub.

İspan müdafiəçinin xidmətində “Barselona” və “Mançester Siti” kimi klubların da maraqlı olduğu qeyd edilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.