
“gece.ws” AS nəşrinə istinadən xəbər verir ki, bir sıra yüksəksəviyyəli klublar 27 yaşlı yarımmüdafiəçinin Madrid klubundan mümkün gedişini gözləyirlər.
Məlumata görə, uruqvaylı futbolçunun transfer qiyməti 100-120 milyon avro arasında qiymətləndirilir. Oyunçunun xidmətində ən aktiv maraqlanan klub isə “Mançester Siti”dir. İngiltərə təmsilçisinin Valverdeni hələ 2025-ci ilin yayından bəri yaxından izlədiyi bildirilir. Bununla belə, vurğulanır ki, futbolçunun özü “Kral klubu”nu tərk etmək niyyətində deyil.
Qeyd edək ki, Valverde cari mövsümdə iştirak etdiyi 48 matçda 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Madrid təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir. “Transfermarkt” portalı ulduz yarımmüdafiəçinin bazar dəyərini 120 milyon avro olaraq göstərir.