Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Real”dan KDÇ ilə bağlı təklif - İki ildən bir keçirilsin
 
						“Real”dan KDÇ ilə bağlı təklif 
							 - İki ildən bir keçirilsin
Əlavə olunub: 07.16.2025 | 06:48 | Baxılıb: 1764
“Real Madrid” klublararası dünya çempionatının hər iki ildən bir keçirilməsini təklif edib.

“gece.ws” “The Guardian”a istinadən xəbər verir ki, “kral klubu"in rəhbərliyi FIFA ilə apardığı danışıqlar zamanı bu ideyanı gündəmə gətirib.

Klub bildirib ki, ötən turnirdə satılan bütün biletlərin 25 faizi məhz “Real” azarkeşləri tərəfindən alınıb. Bu da turnirin iqtisadi potensialının artırılması baxımından önəmli amil kimi dəyərləndirilir.

FIFA isə hələlik çempionatın tez-tez keçirilməsi ideyasını gündəmə gətirməyi planlaşdırmır.

Xatırladaq ki, “Real” turnirin yarımfinalında PSJ-yə 0:4 hesabı ilə məğlub olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.