Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.01.2026 | 23:21 | Baxılıb: 1907
Münxen “Bavariya”sının ulduz hücumçusu Harri Keyn Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində aprelin 7-də keçiriləcək “Real Madrid”lə ilk oyunu buraxa bilər.

“gece.ws” xəbər verir ki, bu barədə məlumatı İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel açıqlayıb.

Mütəxəssis bildirib ki, təcrübəli forvard Yaponiya ilə yoldaşlıq görüşündən əvvəl məşq zamanı yüngül zədə alıb.

Britaniya mətbuatı 30 yaşlı futbolçunun ayağından zədələndiyini iddia etsə də, Tuxel hələlik ətraflı məlumat verməkdən imtina edib. “Bavariya”nın tibbi heyəti çərşənbə günü Keyni tam müayinədən keçirəcək və onun meydanlara qayıtma tarixi dəqiqləşəcək.

Qeyd edək ki, Harri Keyn bu mövsüm Almaniya klubunun heyətində keçirdiyi 40 rəsmi matçda 48 qol vurmaqla karyerasının ən yaxşı fərdi göstəricisinə imza atıb. Onun yoxluğu “rekordmayster”in “Kral klubu” ilə həlledici dueli üçün ciddi itki hesab olunur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.