Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.12.2026 | 07:13 | Baxılıb: 3225
ABŞ Prezidenti Donald Tramp İranla davam edən hərbi gərginlik fonunda Kentukki ştatında keçirilən mitinqdə rəqs etməsi ilə diqqət çəkib.

“gece.ws” xəbər verir ki, ABŞ lideri tərəfdarlarına müraciət etdikdən sonra səhnədə məşhur “Village People” qrupunun “Y.M.C.A.” mahnısının sədaları altında özünəməxsus rəqs hərəkətləri nümayiş etdirib.

Mitinq iştirakçıları bu anları alqışlarla qarşılayıb.

Görüntülər Ağ Evin rəqəmsal kommunikasiya platformalarından biri olan “Rapid Response 47” hesabında “Tramp Kentukkidə rəqs edir!” başlığı ilə paylaşılıb. Video qısa müddətdə sosial mediada geniş yayılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.