Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.05.2026 | 17:59 | Baxılıb: 1291
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyanın elm, innovasiya və texnologiyalar nazirinin müavini Baroness Lloyd ilə görüş keçirib.

“gece.ws” xəbər verir ki, görüşdə Azərbaycan - Böyük Britaniya strateji tərəfdaşlığının yeni mərhələsi, xüsusilə süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. 

Eyni zamanda Böyük Britaniya universitetləri ilə birgə proqramlar, təqaüdlər və rəqəmsal akademiyalar vasitəsilə insan kapitalının inkişafı, eləcə də süni intellekt üzrə data mərkəzlərinə investisiya istiqamətində əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.