Rəşad Sadiqov rəqibi təhqir etdi, 5 oyunluq cəzalandırıldı
Əlavə olunub: 04.16.2025 | 14:43 | Baxılıb: 2149
AFFA İntizam Komitəsi “Qarabağ”ın U-17 komandasının baş məşqçisi Rəşad Sadiqovu cəzalandırıb.
“gece.ws” xəbər verir ki, 41 yaşlı mütəxəssisə 5 oyunluq cəza verilib.
Sadiqov U-17 Liqasının “Zirə” ilə matçının 78-ci dəqiqəsində rəqibi təhqir etdiyi üçün qırmızı vərəqə görüb. İntizam Komitəsi buna görə baş məşqçiyə 5 oyunluq cəza verib.