Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.25.2026 | 23:14 | Baxılıb: 3077
ABŞ hökuməti İranı yenidən hədələyib.

“gece.ws” xəbər verir ki, Ağ Evin mətbuat katibi Carolyn Livitt bu gün keçirdiyi mətbuat konfransında İranın danışıqlar masasına oturmasının vacibliyini vurğulayıb.

“İran hərbi məğlubiyyətini qəbul etməsə, Prezident Tramp bu ölkəyə əvvəlkindən daha güclü zərbələr endirməyə hazırdır”, - Livitt bəyan edib.

Ağ Evin sözçüsü jurnalistlərə deyib ki, Tehran administrasiyası indiki reallığı qəbul etməlidir: “Biz xəbərdarlıq edirik və İran yenidən vəziyyəti yanlış qiymətləndirməməlidir”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.