Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.13.2026 | 13:26 | Baxılıb: 1691
Bakıda restoranda oğurluq hadisəsi baş verib.

“gece.ws” xəbər verir ki, paytaxtın Nərimanov rayonunda zərərçəkən şəxs polisə müraciət edərək gödəkçəsinin cibindən 5000 dollar nağd pulun naməlum şəraitdə oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı İ.Süleymanov müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı onun digər restoranda da paltar dolabına asılmış gödəkçənin cibindən pul vəsaitini taladığı da məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.