Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.20.2026 | 07:53 | Baxılıb: 4930
Braziliya futbolunun əfsanəsi Roberto Karlos son günlər sosial mediada yayılan “İslamı qəbul edib” iddialarını təkzib edib.

“gece.ws” xəbər verir ki, “Real Madrid” və Braziliya millisinin keçmiş futbolçusu İslama və müsəlmanlara böyük hörmət bəslədiyini, lakin özü müsəlman olmadığını bildirib.

Roberto Karlos Səudiyyə Ərəbistanının “Okaz” qəzetinə açıqlamasında həyat yoldaşının müsəlman olduğunu və onun ibadətinə hörmətlə yanaşdığını deyib.

“Həyat yoldaşımın namaz qıldığını görmək çox xoşdur, amma İslamı qəbul etdiyimlə bağlı şayiələr doğru deyil”, – deyə futbolçu bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.