Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.03.2026 | 16:57 | Baxılıb: 805
Roma Papası XIV Leo Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“gece.ws” xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Milli bayramınız münasibətilə Zati-alinizə və xalqınıza həmrəylik və firavanlıq arzularımı çatdırmaqdan məmnunam.

Uca Tanrıya dua edirəm ki, azərbaycanlıları öz cəmiyyətlərini daha da inkişaf etdirməyə ruhlandırsın. Qoy, onlar ümumi rifah uğrunda çalışaraq,
hər bir insanın ləyaqətini müdafiə edərək, ehtiyacı olanlara yardım göstərərək həmişə sülhün tərəfdarı olsunlar.

Zati-alinizə, dövlət işlərinə məsul şəxslərə və bütün həmvətənlərinizə İlahidən xeyir-dua diləyirəm”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.