Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.05.2025 | 22:35 | Baxılıb: 9451
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Ermənistanda onunla şəkil çəkmək istəyən azarkeşi itələyib.

“gece.ws” xarici KİV-ə istinadən xəbər verir ki, bu, milli komandanın DÇ-2026-nın seçmə mərhələsində Ermənistan millisi ilə keçiriləcək oyun ərəfəsində qaldığı İrəvandakı hotellərdən birində baş verib.

Belə ki, yayılan görüntülərdə azarkeşlərdən birinin portuqaliyalı futbolçu ilə şəkil çəkdirmək üçün onun yanına qaçıb. Buna cavab olaraq Ronaldo fanatı itələyib, mühafizəçilər isə digər azarkeşlərin yolunu kəsib.

Qeyd edək ki, komandalar şənbə günü, sentyabrın 6-da Ermənistanın paytaxtında qarşılaşacaqlar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.