Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.20.2026 | 03:42 | Baxılıb: 10097
Dünya çempionu olan İspaniya millisinin ulduzu Lamin Yamal diqqət mərkəzinə düşüb.

“gece.ws” xəbər verir ki, 19 yaşlı oyunçu mundial başlamazdan öncə Fransa yığmasının ulduzu Kilian Mbappe, Argentinanın kapitanı Lionel Messi, Portuqaliyanın forvardı Kriştianu Ronaldo ilə müqayisə olunurdu. 

Yamalın onlarla mübarizədə adından söz etdirə biləcəyi və dünya çempionu olacağı müzakirə mövzusu idi. 

Maraqlıdır ki, Lamin Yamalın liderlik etdiyi İspaniya yığması adıçəkilən hər 3 komandaya qalib gəldi. 

19 yaşlı ulduzun millisi DÇ-nin 1/8 finalında Ronaldolu Portuqaliyaya, yarımfinalda Mbappeli Fransaya, finalda isə Messili Argentinaya qalib gələrək qızıl medallara sahib çıxdı. 

Ardıcıl həm Avropa, həm dünya çempionu olan 19 yaşlı Yamal üçün bundan sonrakı əsas hədəfin nə olacağı da suallar arasındadır. 



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.