
“gece.ws” xarici KİV-ə istinadən xəbər verir ki, Ronaldonun yoxluğunda Qonçalo Quedes 2022-ci ildən sonra ilk dəfə milliyə dəvət alıb.
Qeyd edək ki, Ronaldo son həftələrdə aldığı bud əzələsi zədəsi səbəbindən Meksika və ABŞ-yə qarşı keçiriləcək yoldaşlıq oyunlarını buraxacaq.
Komandanın baş məşqçisi Roberto Martinez isə futbolçunun vəziyyətinin ciddi olmadığını bildirib və onun dünya çempionatına qədər hazır olacağını qeyd edib.