Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ronaldo “Real”a qayıdır?
 
						Ronaldo “Real”a qayıdır?
Əlavə olunub: 03.20.2025 | 06:52 | Baxılıb: 5278
“Ən-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo “Real Madrid”ə qayıda bilər.

“gece.ws” xəbər verir ki, bu barədə “El Gol Digital” məlumat yayıb.  

“Kral klubu"in 40 yaşlı futbolçunu bu ilin yayında keçiriləcək klublararası dünya çempionatında oynaya bilməsi üçün icarəyə götürmək ehtimalı var.

Belə olan halda “Real” turnirdə qalib olarsa, Ronaldo ilk dəfə dünya çempionu titulunu qazanacaq.

Qeyd edək ki, 2024/25 mövsümündə Kriştiano klub səviyyəsində 33 oyun keçirib, 28 qol vurub və 4 məhsuldar ötürmə edib. Forvard 2009-2018-ci illərdə “Real”ın şərəfini qoruyub.

Əlavə edək ki, klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.