Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.04.2026 | 10:13 | Baxılıb: 3552
“Əl-Nəsr”in futbolçusu Kriştianu Ronaldo zədəsi sağaldıqdan sonra ilk oyunda dubl edib.

“gece.ws” xəbər verir ki, o, bunu Səudiyyə Ərəbistanı Pro Liqasının 27-ci turunda “Əl-Nəcmə” ilə qarşılaşmada bacarıb.

Belə ki, komandanın kapitanı 56-cı və 73-cü dəqiqələrdə qol vurub.

Bu, 41 yaşlı hücumçunun karyerasında 966-cı və 967-ci qolları olub.

Matç isə “Əl-Nəsr”in 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.