Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.22.2026 | 01:45 | Baxılıb: 5062
Portuqaliya millisi və “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldo komandasının heyətində karyerasında ilk dəfə Səudiyyə Ərəbistanı çempionu olub.

“gece.ws” xəbər verir ki, Səudiyyə Ərəbistanı Pro Liqasının sonuncu – 34-cü turunda “Əl-Nəsr” öz meydanında “Damak” klubunu 4:1 hesabı ilə darmadağın edib.

Bu qələbə ilə xallarını 86-ya çatdıran Ər-Riyad təmsilçisi mövsümü birinci pillədə başa vuraraq çempionluq kubokunu başı üzərinə qaldırıb.

Qeyd edək ki, portuqaliyalı ulduzun 2023-cü ildəki gəlişindən sonra komandanın ən yaxşı nəticəsi ikinci yer idi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.