Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.25.2026 | 15:55 | Baxılıb: 1630
Portuqaliyalı ulduz Kriştianu Ronaldonun oğlu Kriştianu Junior İspaniyanın “Real Madrid” klubunda oynaya bilər.

“gece.ws” xəbər verir ki, o, hazırda kral klubunun akademiyasında baxışdadır.

Bildirilir ki, 15 yaşlı futbolçu artıq “Real”ın 16 yaşadək oyunçulardan ibarət komandasının məşqində iştirak edib. Əgər klubun məşqçilər heyəti razı qalsa, onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, oğul Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun gənclər komandasında çıxış edir.

41 yaşlı ata Kriştianu Ronaldo da 2009-2018-ci illər aralığında Madrid “Real”ının şərəfini qoruyub. Bu klubun heyətində meydana çıxdığı 292 oyunda 311 dəfə fərqlənən Ronaldo bununla klub tarixinin ən çox qol vuran oyunçusudur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.