“gece.ws” xəbər verir ki, mütəxəssis milli komandadan göndərilməsindən və onun zamanında dəyişən AFFA rəhbərliyi ilə münasibətlərindən danışıb.
Ş.Diniyev yığmadan göndərildikdən sonra AFFA prezidenti seçilən Rövnəq Abdullayev tərəfindən pis münasibət görmədiyini bildirib: “Mən düzünü deməyi xoşlayıram. Rövnəq Abdullayev saf adamdır və o, Azərbaycan futbolu üçün çox iş görüb. Yəni ki, o vaxt bir az yanlış anlama olmuşdu, mənim kiminsə adamı olduğumu düşünürdülər. Amma sonradan buna aydınlıq gəldi”.