“gece.ws” xəbər verir ki, o, bu barədə özünün feysbuk hesabında yazıb.
R.Hüseynli millinin baş məşqçisi Vitali Borisov ilə aralarında nəyin baş verdiyini açıqlayıb:
“Ardıcıl iki oyundan sonra yola çıxmaq çətin olsa da, 6 aprel 03:00 reysi ilə Astanadan Bakıya yola düşdüm. Səhər saat 7-8-də evə çatdım, axşam 21:00-23:00 məşqində iştirak etdim. Məşqdən sonra başa düşülən məlum məsələləri deyib növbəti gün saat 12:00-dakı məşqə gələrək komandaya qoşula bilərəmmi deyə müraciət etdim. Yox cavabı aldım, mən də səbəbləri izah edib evə getdim. Hazır məşq etmək üçün tez gəldiyim halda indi intizamsızlıqla kənardayam”.