Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.29.2026 | 19:05 | Baxılıb: 4183
Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımovanın repertuarından mahnı oxuyacaq.

“gece.ws” xəbər verir ki, sənətçi bu barədə ARB-nin efirində yayımlanan “İki başlı” verilişində danışıb.

Müğənni bildirib ki, Aygün Kazımovanın repertuarından oxuyacağı musiqi artıq seçilib, lakin sənətçi həmin mahnının adını hələlik sirr saxlayıb:

“Mahnını seçmişəm. Yayda çıxacaq. O mahnı oxunanda bəlkə də, siz çox balaca idiniz. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərinə aid mahnıdır”.

Qeyd edək ki, illərlə aralarında soyuq küləklər əsən sənətçilər bir müddət öncə iştirak etdikləri məclislərin birində aralarındakı buzları əritmişdilər

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.