Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.20.2026 | 02:41 | Baxılıb: 603
ABŞ Dövlət katibi Marko Rubionun gələn həftə Yaxın Şərqə səfər etməsi planlaşdırılır.

“gece.ws” xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Bildirilib ki, Rubio səfər çərçivəsində Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynə gedəcək.

Məlumata əsasən, ABŞ Dövlət katibinin Bəhreyndə Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə də iştirak edəcəyi gözlənilir.

ABŞ Dövlət Departamenti səfərlə bağlı yayılan məlumatlara hələlik rəsmi münasibət bildirməyib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.