Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.07.2026 | 19:31 | Baxılıb: 1040
ABŞ Dövlət katibi Marko Rubio Vatikanda Roma Papası XIV Leo ilə görüşüb.

“gece.ws” xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamenti yayıb.

Görüşdə rəsmi Vaşinqtonla Vatikan arasındakı mövcud münasibətlər, sülhün qorunması və insan ləyaqətinin təşviqi istiqamətində ortaq öhdəliklər müzakirə edilib. Vatikan tərəfindən verilən açıqlamada isə tərəflərin regional və beynəlxalq vəziyyət ətrafında geniş fikir mübadiləsi apardıqları diqqətə çatdırılıb.

Qeyd edək ki, İranın ABŞ və İsraillə davam edən müharibəsi fonunda Roma Papası XIV Leo dəfələrlə münaqişəyə son qoyulması ilə bağlı çağırışlar edib. O, ABŞ Prezidenti Donald Trampın İranda sivilizasiyanın məhv ediləcəyi ilə bağlı təhdidlərini kəskin pisləyərək, bunu “qəbuledilməz” adlandırmışdı.

Prezident Donald Tramp isə öz növbəsində Roma Papasının xarici siyasət məsələlərində “zəif” olduğunu bəyan etmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.