Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.22.2026 | 23:33 | Baxılıb: 625
ABŞ-nin Dövlət katibi Marko Rubio iyunun 23-dən 25-dək Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt və Bəhreynə səfər edəcək.

“gece.ws” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, səfər zamanı Rubio Hörmüz boğazı vasitəsilə yüklərin tam, sərbəst və təhlükəsiz tranzitinin təmin edilməsi istiqamətində səyləri, eləcə də regionda sülh və sabitlik məsələlərini müzakirə etməyi planlaşdırır. Səfər çərçivəsində ABŞ və İran arasında anlaşma memorandumunun icrasına xüsusi diqqət ayrılacaq.

Bəhreyndə dövlət katibi həmçinin Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının nümayəndələri ilə görüş keçirəcək. Tərəflər qarşılıqlı maraq doğuran prioritet məsələləri müzakirə edəcəklər.

Xatırladaq ki, Rubionun bir neçə Yaxın Şərq ölkəsinə səfəri barədə ilk məlumat iyunun 20-də “Axios” portalında yayılmışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.